Moskva "Dinamo"sunun qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, "Sport Express"-ə danışan rus qolkiper başqa sualları cavablandırmaqla yanaşı, sabiq komandası "Qarabağ"ın Rusiya Premyer Liqasında hansı yerlər uğrunda mübarizə aparacağı ilə bağlı fikirlərini də bölüşüb.

 

– "Qarabağ" Rusiya Premyer Liqasında oynasaydı, hansı pillədə olardı?

– "Qarabağ" liderlər arasında olardı. Buna şübhə yoxdur. Ən yüksək yerlər üçün mübarizə aparardı. 

 

– İlk "altılığ"a düşərdi?

– Yüz faiz!