“Zenit”in keçmiş hücumçusu Andrey Arşavin Sankt-Peterburq təmsilçisinin yetirməsi olan Ramil Şeydayevin Azərbaycan millisini seçməsi barədə danışıb. Sport24.az xəbər verir ki, "Zenit"in akademiyasında çalışan veteran futbolçu Şeydayevi bu seçimindən daşındırmaq üçün çox çalışdığını bildirib: “Hər yerdə bu qədər istedadın olduğunu düşünmürəm. Rusiya bu planda İngiltərə və İspaniyadan çox fərqlənmir. Ətraf mühit, böyük pullar və coğrafi mənsubiyyət bu işə təsir edir. Gənclər arasında Avropa çempionatını izləsəniz, görərsiniz ki, Fransa millisinin heyətində 8 qaradərəli və 2 ərəb ölkələrindən olan futbolçu var. Üstəlik, uğur qazanan gənclər millimizi Prudnikov, yaxud Şeydayevin komandası adlandırmazdım. Hərçənd ki, Şeydayevə böyük rəğbət bəsləyirdim. Onu hər yolla Azərbaycan vətəndaşlığını qəbul etməkdən çəkindirdim. Məncə, bu turnirlərdə millimiz komanda şəklində güclü idi”.

Xatırladaq ki, "Sabah"ın futbolçusu olan 25 yaşlı Şeydayev 2016-cı ildə Azərbaycan millisini seçib.