“Real”ın baş məşqçisi Karlo Ançelotti İskonun mövsümün sonunda komandadan ayrılacağı barədə məlumatlara aydınlıq gətirib.

Sport24.az xəbər verir ki, Ançelotti, İspaniya çempionatının 38-ci turunun “Betis”lə oyunundan (0:0) sonra onun Madrid təmsilçisindən gedəcəyini təsdiqləyib:

“İskonun “Real”dakı karyerası başa çatıb və bu, əla karyera idi”.

İsko 2013-cü ilin iyulunda “Real” keçib. O, 2021/22 mövsümündə komandanın heyətində 17 oyunda 2 qol vurub. 30 yaşlı ispaniyalı futbolçunun “Real”la müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir.

Xatırladaq ki, İskodan öncə Qaret Beylin də bu yay “Real”dan ayrılacağı məlum idi.