"Şerif"lə oyunda qırmızı vərəqənin qurbanı olduq. Slovakiya klubu ilə oyunda sübut etdik ki, heç də zəif komanda deyilik. Layiqli qələbə qazanmaqla bizə inanan və dəstək olan azarkeşlərimizi sevindirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin təcrübəli qolkiperi Anar Nəzirov deyib.

 

Təcrübəli "çərçivə qoruyucusu" həmkarı Tiaqo Silvanın qurtarışından da danışıb: "Silva möhtəşəm seyvlə bizi qoldan xilas etdi. 4 top fərqiylə öndə olsaq da, qol buraxmağımız cavab matçında bizə baha başa gələ bilərdi. Bekə ki, bir qol rəqibi ruhlandıra bilərdi. Odur ki, portuqaliyalı həmkarmın sayəsində səfərə sərfəli nəticə ilə yollanırıq".

 

Nəzirov komandasının Konfrans Liqasının qrupuna düşmək perspektivinə də toxunub: "Hazırda bu barədə danışmaq tezdi. Bu gün üçün əsas məqsədimiz Slovakiya təmsilçisiylə cavab oyununda da yaxşı nəticə qazanıb mərhələni keçməkdi. Əlbəttə ki, maksimum irəli getmək və qrup mərhələsinə düşüb azarkeşlərimizisevindirmək istəyirik. Amma bunu zaman göstərəcək". 

ABDULLA İSMAYILOĞLU