"Maraqlı oyunun şahidi olduq. Premyer Liqa klubu ilə oyunda futbolçuların durumunu görmək bizim üçün önəmli idi. Mənim və futbolçular üçün təcrübə oldu. Məğlub olsaq belə qazandığımız çox amil var idi".

 

Bu sözləri Sport24.az saytına açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə deyib.

 

Ölkə Kubokunun 1/8 final mərhələsində "Səbail"ə məğlub olan (1:3) "Qaradağ Lökbatan"ın baş məşqçisi dünən baş tutan görüşdə qalib gələ bilməməsindən danışıb:

 

"Digər oyunlara baxmamışam. Bizim oyunda səviyyə fərqinin böyük olduğunu deyə bilmərəm. Matçın bəzi anlarında bərabər futbol gedirdi. Buraxdığımız ilk qol kuryoz alındı. Hansı ki, həmin qolu buraxmasaydıq, bilmək olmazdı oyun necə bitəcək".