"Turan Tovuz" azarkeşləri, iki il birlikdə olduqdan sonra hamınızla vidalaşmağa məcburam". Sport24.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"la yollarını ayıran Alexandro Serrano sosial şəbəkə hesabında yazıb.

O, ilk andan bu klubda sevildiyini hiss etdiyini bildirib:

"Mənə verdiyiniz sevginin bir hissəsini geri qaytarmağa çalışdım. Bu klubu təmsil etmək və formanı geyinmək çox xoşdur. Bu iki il ərzində yolumuz kəsişən bütün insanlara, soyunub-geyinmə otaqlarını bölüşdüyüm bütün komanda yoldaşlarıma, tibb işçilərinə və klubda işləyən gündəlik həyatı çox asanlaşdıran hər kəsə təşəkkür etmək istəyirəm"

Oyunçu bölkə təmsilçisinin keçmiş baş məşqçisi Ayxan Abbasovu da yada salıb:

"Mənə imkan yaratdıqları üçün Ayxan Abbasova, Kurban Berdıyevə və əməkdaşlarına da təşəkkür etmək istəyirəm. Klubun günü-gündən böyüməsi üçün göstərdiyi bütün səylərə görə prezident Ehtiram Quliyevə və yaxınlığına, peşəkarlığına və daimi anlayışına görə Səməd bəyə xüsusi təşəkkür edirəm".

"Bütün "Turan Tovuz" ailəsinə minnətdaram! Ümid edirəm yollarımız bir gün yenidən kəsişər".