AFFA-nın keçiridyi Region Liqasında Mərkəz zonasının liderlərindən olan "Ağsu Siti" qış transfer dövründə xeyli fəalllaşıb. Klubun prezidenti Rəmzi Eminlinin Sport24.az-a verdiyi məlumata görə, artıq 6 transferi rəsmiləşdiriblər.

Bunlar Mikayıl Rəhimov, Ramil Orucov, İsmayıl Babayev, Məhəmməd Alıyev, Vurğun Həsənzadə və Nahid Mehrəliyevdi. Adıçəkilən təcrübəli oyunçuların əksəri vaxtilə Sumqayıt "Uğur"unda birgə çıxış edrək. onunla çempion olub, bu mövsüm isə Quba "Şahdağ"ına yollanıblar. Amma bu klubda da maddi problemlər yarandığından həm baş məşqçi Qəzənfər Abbasov, həm də onunla kluba gələn sumqayıtlı futbolçular ayrılası olublar. . 

Ağsulular bununla kifayətlənməyərək, demək olar dağılan "Şahdağ"dan transferlərini davam etdirəcək.