AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, avstriyalı mütəxəssis Gənclər Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ” və Niderlandın “Alkmaar” komandaları arasında keçiriləcək ilk oyunda hakim-inspektor olacaq. Görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşmaya saat 17:00-da start veriləcək. Cavab görüşü oktyabrın 19-da “Alkmaar Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq.