AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Bavariya" (Almaniya) – "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

 

Görüş sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.