Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt” - “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub.

“Keşlə” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Dmitrios Çantakias “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimələnib.
 
“Neftçi” - “Qəbələ” oyununda “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib.

“Neftçi” - “Qəbələ” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.