Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində "Zirə" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edir. Sport24.az xəbər verir ki, görüşü Zirə İdman Kompleksinin stadionundan izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və "Zirə"nin İdarə Heyətinin sədri Orxan Məmmədov da var.

 

Hazırda Bakıda səfərdə olan FİFA-nın baş katibi Fatma Samoura da matç izləmək üçün onlarla birgə Zirəyə gəlib. FİFA rəsmisini AFFA-nın vitse-prezidenti, FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov müşayiət edir.

 

***