AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədilə növbəti dəfə 15 000 manat maliyyə vəsaiti köçürüb.

Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.

Xəbərdə qeyd olunub ki, indiyə qədər elitada mübarizə aparan 8 klubun (“Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Sabah”, “Zirə”) hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib.