“AFFA-nın maliyyələşdirdiyi klublar – “Şamaxı”, “Səbail”, “Qəbələ” və “Sumqayıt”ın büdcəsinin növbəti mövsüm nə qədər olacağı barədə hazırda dəqiq fikir söyləyə bilməyəcəm. Çünki Premyer Liqaya çıxan “Kəpəz” və “Turan Tovuz”a da AFFA tərəfindən maddi köməklik ediləcək".  Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Onun sözlərinə görə, Premyer Liqada maliyyələşdirdikləri klublarında büdcələrlə dəyişikliyin olub-olmayacağı ilə sualı növbəti həftələrdə cavablandırsa, daha məqsədəuyğun olar.

Hacıyev "SabahⅦın Masazırdan Keşlə qəsəbəsində yerləşən “ASK Arena”ya köçməsi ilə bağlı da danışıb: “Bu klubun növbəti mövsümdən “ASK Arena”da çıxış etməsi ilə bağlı müəyyən məsələlər qalıb. Amma bu məsələlər daha çox klub və arena rəhbərliyinə aiddir. Bu məsələ “Sabah” klubundan soruşulsa, daha yaxşı olar”.

Xatırladaq ki, "Keşlə" "Şamaxı" olandan sonra "ASK Arena" yeni mövsüm üçün boşalıb.

 

 

MEHMAN SÜLEYMANOV