Futzal üzrə Azərbaycan İkinci Liqasında çıxış edən “Advokat” komandası vəkillər arasında təşkil edilən (7*7) beynəlxalq turnirdə iştirak edəcək.

Sport24.az xəbər verir ki, “Siciliya Vəkillər Kuboku-2022” dekabrın 8-dən 12-dək İtaliyanın Kataniya şəhərində keçiriləcək. 

Dekabrın 7-də adıçəkilən turnirə qatılmaq üçün səfərə çıxacaq “Avdokat” Azərbaycan Futzal Federasiyasına müraciət edib və komandanın dekabrın 11-də IX tur çərçivəsində “Çinar-Zəngilan”la keçirilməli olan oyununu təxirə salmağı xahiş edib. Komandanın beynəlxalq turnirə qatılmasına dəstək məqsədi ilə federasiya müraciəti müsbət cavablandırıb. Buna görə də “Çinar-Zəngilan”la qarşılaşma “Advokat” Bakıya döndükdən sonra keçiriləcək.