Bu gün keçirilən oyunlarla futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub.

Sport24.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirak edəcək 15 iştirakçının adı müəyyənləşib.

Belarus və Serbiya isə 14-17 noyabr tarixlərində pley-off oyunları keçirəcək. Qalib gələcək milli gücünü final mərhələsində sınayacaq.

Qrup qalibləri: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya

İkinci yerin sahibləri: Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya, Ukrayna

Meydan sahibi: Niderland.