Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, VII qrupda yer alan komanda İslandiya ilə üz-üzə gələcək.

 

Moldovanın paytaxtı Kişinyovdakı "Zimbru-2" stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

Avropa çempionatının seçmə mərhələsi, U-19

VII qrup

13 noyabr

14:00. Azərbaycan – İslandiya

Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).

Kişinyov, "Zimbru-2" stadionu.