Minifutbol üzrə millimiz Slovakiyada keçirilən Avropa çempionatında bu gün final oynayacaq. Sport24.az xəbər verir ki, yığmamız həlledici görüşdə Ukrayna ilə qarşılaşacaq.
"Tipos Arena"da baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.
Qeyd edək ki, millimiz ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinalda penaltilər seriyasında Serbiyanı məğlub edib - 3:1.