Minifutbol üzrə millimiz Slovakiyada keçirilən Avropa çempionatında bu gün 1/4 final oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığma komandamız Çexiya ilə üz-üzə gələcək.

 

"Tipos Arena"da baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək. Bu cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin qalibi ilə qarşılaşacaq.

 

1/4 finalda həmçinin Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna oyunları baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.