Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib. Sport24.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib. “Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda şans qazanmışdı. 100-cü dəfə meydana çıxan futbolçunun aktivində 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.
Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.

Oxşar Xəbərlər
Top Xəbərlər
-
Abasov, Buqrin, Ahmedov və..."bir qaşıq zəhər"
27 Fevral 2021
Rubrikalar
Ermənilərə endirilən “intellektual yumruq”
V BUCAQ
Ceyhun Əliyev
Azərbaycan üçün yola saldığı 2020 - 14-də 4
TRİBUNA(L)
Mehman Cahandar
18-in 18 hadisəsi
HƏQİQƏT ANI
Kamal Rza