"Neftçi"də futbolçulara oruc tutmaq qadağası qoyulmayıb. Sport24.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

43 yaşlı mütəxəssis belə bir ixtiyar sahibi olmadığını bildirib: "Oruc qadağası qoymaq nə dərəcədə düzgündür? Bunun üçün insan hansı gücə malik olmalıdır? Komandamızda yerlilərlə yanaşı, legionerlər də var ki, oruc tuturlar. Onlara qadağa qoymaq ixtiyarına malik deyiləm".

Abasov onu da vurğulayıb ki, məşqləri axşam saatlarına salmaqla, oruc tutanların işini asanlaşdırmağa çalışıblar: "Futbolçulara da demişik ki, kimsə məşqdə özünü pis hiss etsə, meydanı tərk edə bilər. Heç kimə qadağa qoya bilmərəm".