"Milli komandamızn özü də hazırda quruculuq dövründədi. Yeni baş məşqçi gəlib və onun tələbləri var. Buna kimlərsə 1 günə uyğunlaşacaq, kimlərsə 10 günə, kimlərsə isə ümumiyyətlə, uyğunlaşmayacaq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin baş məşçqisi Samir Abasov biidirb. 

Son Azərbaycan çempionu olan 43 yaşlı mütəxəssis millimizin çalışdıran təcrübəli italiyalı həmkarı Canni de Byazidə ən çox bəyəndiyi cəhəti diqqətimizə çatdırıb: "O, daim axtarşdadı. Sırf baş məşqçidən söhbət gedirsə, xoşuma gələn inadkarlığıdı, dediyinin yox. eləmək istədiyinin üstündə durmasıdı. Bunun da özü doğrudan böyük bir şeydi. Sadəcə, millimizin son matçlarına nəzər yetirsək, hansısa oyun ürəkaçan idi - hissələrə götürsək - hansısa qarşılaşmada zəif oynamağımız gözə çarpdı. Fikirləşirəm ki, böyük ölçüdə oranın içində olduğuma görə, hər şeyi bildiyim qədər - futbolçu olaraq necə illər millidə çıxış etmişəm - bu gün həqiqətən məşqçilər üçün çətindi. O çərçivədə çıxıb oyunlara həm köklənmək, həm də futbolçuları matçlara çıxarmaq - bizim azərbaycanlı oyunçulardan söhbət gedir - çox çətindi. İnanıram ki, bundan sonra futbolçularımız qırağa getdikcə, millimizin baş məşqçisi bu işin öhdəsindən daha yaxşı gələr, işi daha da yüngülləşər".

Xatırıadaq ki. 65 yaşlı de Byazi millimizi 1 ildi çalışdırır. 

 

 

MEHMAN SÜLEYMANOV