Azərbaycan Premyer Liqasının XXVı turunda 6 futbolçu cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, ən çox itkilər son turda görüşən “Sumqayıt”la “Sabah”dadı. 

Belə ki, sumüayıtlıların müdafiəçisi Camaləddin Xocaniyazov aldığı qırmızı vərəqəyə görə cəzalıdırsa, yarımmüdafiəçi Xəyal Nəcəfov vərəqə limitini aşıb. Belə ki o, cari mövsümdə 8-ci xəbərdarlığına üzülərək "Keşlə"ylə səfər matçını buraxacaq..

“Sabah”ın futbolçusu Mario Marina isə mütləq antirekordçu olub. Belə ki, xorvatiyalı yarımmüdafiəçi bu mövsümdə 12-ci sarı vərəqəsini alıb. Bununla Marina 3-cü dəfə cəzalı olub. Onun ukraynalı komanda yoldaşı olan müdafiəçi Zurab Oçiqava isə 4-cü "sarı"ya "Qarabağ"la öz meydanlarında görüşün iştirakçısı olmayacaq. "Sabah"da Təmkin Xəlilzadə üçünsə mövsüm bitib. Komandanın serbiyalı məşqçisi Miloş Yevtiçin də cəzası davam edir. Eyni sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov haqda deyə bilərik.

“Keşlə”  21 yaş limitində çıxış edən Turan Vəlizadəni 4-cü sarı vərəqəyə görə itirib. O, "Sumqayıt"la ev matçını kənardan izləyəcək. Mövsümdə 2-ci qırmızı vərəqəni alan “Qəbələ”nin gürcü legioneri Merab Qiqauri "Zirə"ylə səfər matçını buraxacaq.