Azərbaycan millisi tarixində 4-cü darmadağına imza atıb. Sport24.az xəbər verir ki, UEFA Millətlər Liqasında Qazaxıstanı 3 qolla məyus edən yığmamız bunadək rəsmi turnirlərdə 3 dəfə böyük hesabla qalib gəlmişdi.

Millimizin əvvəlki qurbanları "cıtrdanlar" - Lixtenşteyn, San-Marino və Farer adaları olub. Sonuncular onunla fərqlənirlər ki, onları öz meydanlarında darmadağın etmişik.  

İlk 2 böyük hesablı qələbə dünya və  Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Son iki zəfər isə Millətlər Liqasında çalınıb.

 

Millimizin rəsmi oyunlarda böyükhesablı qələbələri

5 iyun 1999. AVRO-2000. Bakı. Azərbaycan – Lixtenşteyn - 4:0

Baş məşqçi: Əhməd Ələsgərov

4 sentyabr 2017. DÇ-2018. Bakı. Azərbaycan - San Marino - 5:1

Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)

1 oktyabr 2018. UML. Torşavn. Farer adaları - Azərbaycan - 0:3

Baş məşqçi: Qurban Qurbanov
25 sentyabr 2022. UML. Bakı. Azərbaycan – Qazaxıstan – 3:0

Baş məşqçi: Canni de Byazi (İtaliya)