Futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Sport24.az xəbər verir ki, turun “Neftçi-2” – “Kəpəz” görüşündən başqa bütün qarşılaşmaları Birinci Divizionun “Youtube” kanalında canlı yayımlanacaq.

Birinci Divizion
25-ci tur

6 may

“Qarabağ-2” – “Keşlə-2”
Hakimlər: Səbuli Bayramov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Əliyar Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
“ASCO Arena”, 14:00.

“Sabah-2” – “TuranTovuz”
Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Kərim Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 17:00.

7 may

MOİK – “Sumqayıt-2”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu, 16:00.

“Zaqatala” - “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.