Futbol üzrə millimiz dünən başa çatan UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox qol buraxan iki komandadan biridir. Sport24.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bosniya və Herseqovina ilə birlikdə 6 matçda 17 top buraxıb.

 

Onu da vurğulayaq ki, ölkənin əsas komandası 10 ildən sonra 6 və ya daha çox top fərqi ilə uduzub. Yığmamız sonuncu dəfə 2014-cü il oktyabrın 13-də belə acınacaqlı məğlubiyyət almışdı.

A

VRO-2016-nın seçmə oyununda Xorvatiya yığması millimizə Osiyek faciəsi yaşadıb. Həmin qarşılaşma millinin baş məşqçisi Berti Foqtsun istefası ilə nəticələnib.

 

Qeyd edək ki, yığmamız Millətlər Liqasının C liqasında qrup sonuncusu olub.