Basketbol üzrə Azərbaycan Super Liqasında 4-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub. 

 

AzTU-nin idman zalında baş tutan qarşılaşmalarda “Gəncə" "Sıçrayış"a, "Zirvə" "Xırdalan”a, "Sərkərdə" isə "80-lər"ə qalib gəlib.

 

Xatırladaq ki, turun açılış oyununda da "Atom" "Atletik"i məğlub etmişdi – 97:78.

 

“Gəncə" – "Sıçrayış" 79:70 "Zirvə" – "Xırdalan” 80:79 "80-lər" – "Sərkərdə" 65:120