Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 8-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“Sərkərdə” “Atom”a, “Sıçrayış” “80-lər”ə, “Zirvə” isə “Gəncə”yə qalib gəlib.

Xatırladaq ki, turun açılış matçında da “Xırdalan” “Atletik”dən üstün olmuşdu - 64:57.

Atom – Sərkərdə 73:79

80-lər – Sıçrayış 71:73

Gəncə – Zirvə 94:101