MBA-da ötən mövsümün ən yaxşı oyunçusu seçilən və bu il də MVP mükafatını qazanmağa əsas namizəd olan Nikola Yokiç “Denver”ə keçməzdən əvvəl “Barselona”da oynaya bilərmiş. Sport24.az xəbər verir ki, serbiyalı ulduz həmin dövr haqda bunları söyləyib: “Bu, çoxdan olub. Mən “Barselona” rəsmilərinin gözü qarşısında karyeramın ən pis oyununu keçirdim. Nəticədə onlar da fikirləşməyə vaxt istədilər. O vaxt haradasa 18 və ya 19 yaşım olardı. “Barselona” gözlədiyi məqamda “Denver” ortalığa çıxdı. Gördüyünüz kimi mən artıq buradayam. Avropaya qayıtmaq istəməzdim. MBA-da oynamaq ürəyimcədir”.

Qeyd edək ki, 28 yaşlı basketbolçu cari mövsüm keçirdiyi 51 oyuna orta hesabla 24,7 xal, 11,5 ribaund və 10,1 məhsuldar ötürmə ilə yadda qalıb.