Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, yığma B qrupunun üçüncü matçında Niderland kollektivi ilə üz-üzə gəlib.

 

Yarımfinal vəsiqəni təmin edən yığma rəqibinə 11:15 hesabı ilə uduzub.

 

Qeyd edək ki, yarımfinal və həlledici oyunlar sabah baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.