Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

Sport24.az xəbər verir ki, günün yeganə matçında "Sərhədçi" "Xəzri"ni sınağa çəkib.

Ötən tur məğlub olan hər 2 komanda bu dəfə azarkeşlərini sevindirməyə çalışıb. "Xəzri" ardıcıl ikinci dəfə uduzub. Böyük fasiləyə üstün yollanan komanda sonradan üstünlüyü əldən verib. Xüsusilə, son periodda "Sərhədçi" 20 xallıq fərqlə qalib gəlib.

Qeyd edək ki, aprelin 11-də "Neftçi" "Xırdalan"la, ertəsi gün "Sumqayıt" "Sabah"la oynayacaq. Növbəti 2 gündə isə "Cəlilabad" NTD-İNDİQO ilə, "Şəki" "Gəncə" ilə üz-üzə gələcək.

XVII tur
10 aprel
19:30. "Sərhədçi" – "Xəzri" - 90:70 (17:17, 22:23, 29:20, 30:10)

"Sərhədçi" İdman Mərkəzi