Basketbol üzrə Azərbaycan Super Liqasında təxirə salınmış 16-cı turun oyunlarının keçirilmə vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, sözügedən turun bütün oyunları fevralın 15-də baş tutacaq. Bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunların hamısına Texniki Universitetin idman zalı ev sahibliyi edəcək.

Xatırladaq ki, 16-cı turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. Lakin fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar AzTU-də bir sıra tədbirlər keçirildiyi üçün turun oyunları təxirə salınmışdı.   12:00. Gəncə - Sərkərdə 14:00. 80-lər - Zirvə Astara 16:00. Atletik - Sıçrayış 18:00. Atom - Xırdalan

15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:

1. Zirvə Astara - 28 xal 2. Atom - 26 3. Sərkərdə - 23 4. Xırdalan - 22 5. Gəncə - 22 6. Atletik Baku - 21 7. Sıçrayış - 21 8. 80-lər – 14