Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatın qalibi bəlli olub. Sport24.az xəbər verir ki, "Sabah" ardıcıl ikinci mövsümdə mərhələni 1-ci yerdə başa vuracağını təmin edib.

 

Son çempion XVIII turun nəticəsindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olub. Düzdür, hazırda 31 xala malik "Sabah" son turda "Xəzri"ni məğlub etməsə, NTD İNDİQO liderə çata bilər. Amma şəxsi oyunlarda üstün olan "Sabah" zirvədə qalacaq – 81:70, 83:79.

 

Qeyd edək ki, 18 turdan ibarət olan müntəzəm çempionatda ilk 8 yeri tutan komandalar pley-offda mübarizəni davam etdirəcəklər.