Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Sumqayıt mərhələsinin iştirakçılarından altısı dəqiqləşib. Sport24.az xəbər verir ki, millimizin rəqibləri arasında 4 yığma və 1 klub olacağı müəyyənləşib.
Qazaxıstan, Latviya, Fransa və Polşa milliləri Sumqayıtda iştiraklarını təsdiqləyiblər. Puerto-Rikonun "Karolina" klubu da turnirə qatılacaq.
Qeyd edək ki, 12 komandanın qatılacağı mərhələ iyulun 26-27-də keçiriləcək.