NBA-nın 5 qat qalibi Kobi Brayantın 2009-cu ilin final seriyasında geyindiyi forma hərraca çıxarılıb.

Sport24.az xəbər verir ki, "Los-Anceles Leykers"in ulduzunun forması 1,75 milyona satılıb.

Seriyanın ilk oyununda Brayant NBA finallarının rekord nəticəsinə imza atıb. Kobi "Orlando Mecik"lə 40 xal topladığı matçda geyindiyi forma rekord qiymətə satılıb. "Los-Anceles Leykers" seriyanı 4:1 hesabı ilə üstün bitirib.

Qeyd edək ki, Brayant 2020-ci ilin yanvarında vertolyot qəzasında dünyasını dəyişib.