Milli Basketbol Assosiasiyasının (NBA) rəhbərliyi oyunçulara intizam sanksiyaları tətbiq etmədən bərpa olunan çempionatda iştirakdan imtina etməyə imkan verəcək. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
İmtina səbəbləri arasında ailə vəziyyətləri, koronavirus pandemiyası təhlükəsi və ABŞ-dakı siyasi vəziyyət hesab olunur.