Basketbolun 5x5 növü üzrə Azərbaycan millisinin üzvü Tatyana Deniskina yığmadakı karyerasını bitirib. Sport24.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 39 yaşlı oyunçunun özü məlumat verib.
O, bundan sonra 5x5-də oynamayacağını bildirib.
Təcrübəli basketbolçu hələlik 3x3 növü üzrə Azərbaycan yığmasında məşqlər etdiyini deyib.
Qeyd edək ki, Tatyana Deniskina 2009-cu ildən 5x5 növü üzrə Azərbaycan millisində çıxış edirdi.