Basketbol üzrə Azərbaycanın U-18 yığmasının Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışı davam edir.

Sport24.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan komanda toplanış çərçivəsində növbəti yoxlama görüşünə çıxıb.

Azərbaycanın U-18 millisinin üzvləri onlardan yaşca böyük “Dostluk" komandasının qonağı olub. Buna baxmayaraq, koamndamız parketdən 90-74 hesablı ilə ayrılıb.

Azərbaycan yığmasının ən məhsuldar basketbolçusu 20 xalla Əli Həsənov olub. Səid İsmayılov isə oyunu 17 xal və 12 assistlə tamamlayıb.

Xatırladaq ki, komandamız əvvəlki toplanışda bu rəqibinə məğlub olmuşdu. U-18 bu toplanışdakı ilk sınaq matçında yerli “Darruşafaka” klubunun U-18 komandasına da 68-61 hesabı ilə qalib gəlmişdi.