Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Tahir Baxşıyevin "sükanı arxasında" arxasında olduğu komanda səfərdə İrlandiya ilə üz-üzə gələcək.

 

Dublindəki Milli Basketbol Arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, iki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.