Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, yığmamız E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gələcək.

 

Bakı İdman Sarayındakı görüş saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.