Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinin C qrupunda son oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Polşa millisini qəbul edəcək.
Bundan əvvəlki matçlarda milli Litvaya (47:108, 62:99), Polşaya (51:105) və Belçikaya (28:136, 24:97) uduzmuşdu.
Qeyd edək ki, hərəyə 9 xal toplayan Belçika və Litva qrupda şərikli liderdilər. Aktivində 7 xal olan Polşa üçüncü, Azərbaycan isə 5 xalla sonuncudur.
17:00 Azərbaycan - Polşa