Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığmalar arasında Olimpiya Təsnifat Turnirinə start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisi Honqkonqda təşkil olunan yarışda ilk oyununu keçirib.

 

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizəyə qoşulan yığmamız Çili ilə qarşılaşıb. B qrupunda mübarizə aparan Dina Ulyanova, Tiffani Hayes, Aleksandra Mollenhauer və Mercedes Uokerdən ibarət komandamız 17:14 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, millimiz növbəti oyunlarını aprelin 13-də keçirəcək. Yığmamız Monqolustan və Niderlandla üz-üzə gələcək.