18 yaşadək basketbolçu oğlanlardan ibarət millimizin Türkiyənin İstanbul şəhərində Avropa çempionatının C divizionuna hazırlığı davam edir.

Sport24.az xəbər verir ki, yığmamız yoxlama matçında qüvvəsini sınayıb.

Komandamız bu gün küveytli həmyaşıdları ilə qarşılaşıb rəqib yığma qələbə qazanıb (58:46). Millimiz iyulun 21-də Qətər U-18 yığması ilə oyundan sonra yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan C divizionunda ilk oyununu iyulun 24-də Moldovaya qarşı keçirəcək.