Gənc basketbolçular arasında Avropa çempionatlarının püşkü atılıb. Sport24.az xəbər verir ki, qitə birinciliyinin C divizionunda mübarizə aparacaq U-16 yığmamız A qrupunda Avstriya, Ermənistan, Albaniya, Moldova və San Marino milliləri ilə mübarizə aparacaq. Qrupun oyunları iyulun 3-dən 11-dək San-Marinonun Serravalle şəhərində keçiriləcək.

U-18 millimiz isə B divizionunda yarışacaq. Komandamız iyulun 27-dən avqustun 5-dək Makedoniyanın paytaxtı Skopye şəhərində baş tutacaq çempionatda B qrupunda, Belçika, Macarıstan, Estoniya, Gürcüstan və Avstriya ilə birgə mübarizə aparacaq. 

U-20 yığmamız da B divizionunda yarışacaq. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika və Makedoniya ilə üz-üzə gələcəklər.