Basketbol üzrə Azərbaycan Super Liqasında 3-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

Qarşılaşmalar sensasiyasız ötüşüb:

Xırdalan – Gəncə 82:60 Sıçrayış – Atom 60:100 Atletik – 80-lər 87:64

Xatırladaq ki, ilk oyun günündə “Sərkərdə” “Zirvə”yə məğlub olmuşdu – 77:89.

3-cü turdan sonra "Zirvə" və "Atletik" turnir cədvəlinə başçılıq edirlər.

“Zirvə”, “Atletik” - 6, “Atom” - 5, “Xırdalan”, “Sərkərdə”, “Gəncə”, “Sıçrayış” - 4, “80-lər” - 3.