İslam Həmrəylik Oyunlarında kişi basketbolçuların 3X3 növü üzrə mübarizəsinin təqvimi müəyyənləşib. Sport24.az Azərbaycan Basketbol Federasiyasının "facebook" səhifəsinə istinadən xəbər verir ki, mayın 18-də start götürəcək yarış 4 gün davam edəcək.
Azərbaycan millisi İslamiadaya Türkiyə millisi ilə oyunla start verəcək. Komandamız ilk gündə Türkmənistanla da qüvvəsini sınayacaq. Mayın 19-da rəqibimiz Səudiyyə Ərəbistanı və Pakistan olacaq.
Bir gün sonra 1/4 final görüşləri keçiriləcək. Mayın 21-də isə mükafatçılar bəlli olacaq.
A qrupu: Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı, Pakistan B qrupu: İndoneziya, Qətər, Fil Dişi Sahili, Mali, İordaniya
18 may İndoneziya - Qətər Fil Dişi Sahili – Mali İndoneziya – İordaniya Qətər - Fil Dişi Sahili Mali – İordaniya Türkiyə - Pakistan Türkmənistan - Səudiyyə Ərəbistanı Azərbaycan - Türkiyə Səudiyyə Ərəbistanı – Pakistan Azərbaycan - Türkmənistan
19 may İndoneziya - Fil Dişi Sahili Mali - Qətər Fil Dişi Sahili – İordaniya Mali – İndoneziya Qətər – İordaniya Türkiyə - Türkmənistan Səudiyyə Ərəbistanı - Azərbaycan Türkmənistan – Pakistan Səudiyyə Ərəbistanı - Türkiyə Azərbaycan - Pakistan
20 may 1/4 final görüşləri
21 may Yarımfinallar Bürünc medal görüşü
Final (apasport.az)