Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 6-cı tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun ilk qarşılaşmasında 27-ci ölkə çempionatının medallarına iddialı olan "Gəncə" ilə "Atom" komandaları üz-üzə gəlib. Gəncəlilər bu görüşdən qələbə ilə ayrılıblar – 79:65.

6-cı turun qalan oyunları noyabrın 16-da keçiriləcək.

13:00. Zirvə - Atletik 15:00. Sərkərdə - Sıçrayış 17:00. Xırdalan - 80-lər