Ötən illərin əfsanəvi basketbolçusu Çarlz Barkli astronomik məvacib aldığı halda müəyyən oyunlarda meydana çıxmayan MBA ulduzlarını tənqid edib. Sport24.az xəbər verir ki, o, belə oyunçuların azarkeşlərə hörmətsizlik etdiyini düşünür: “Basketbol həvəskarlarını heç bir görüşü buraxmayan hansısa oyunçunun 30, 40 və ya 50 milyon dollar məvacib alması qıcıqlandırmır. Amma bəzi oyunlarda meydana çıxmırsansa, bu pulları almağa haqqın yoxdur. Bu, basketbola və azarkeşlərə qarşı hörmətsizlikdi. Maraqlı odur ki, yeni televiziya anlaşmasından sonra oyunçular ilə 70 milyon dollar məvacib alacaq. Onlar həftəyə 3-4 oyuna çıxa bilmir, amma bu pulu iddia edir. Onlar səfərlərə xüsusi reyslərlə çıxır. Ən yaxşı tibb personalları da onlara xidmət edir. Amma insanlar var ki, ağır iş rejimli zavodlarda işləyir. Onlar da yorulur, amma hər gün işə çıxmağa məcburdu”.