16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda həlledici oyunlar keçiriləcək. Sport24.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə çıxış edən Azərbaycan millisi 3-cü yer uğrunda yarışacaq.

 

Tahir Baxşıyevin yetirmələri Ermənistanla ilə üz-üzə gələcək. 

 

Qeyd edək ki, finalda Kosova - Albaniya qarşılaşması baş tuatacaq.

 

U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, 3-cü yer uğrunda
14 iyul
19:00. Azərbaycan - Ermənistan

Feti Borova Milli Olimpiya Mərkəzi