Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ikinci oyununu keçirib.

Sport24.az xəbər verir ki, A qrupunda yer alan yığmamız 2-ci turda Andorra komandası ilə qarşılaşıb.
 
Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv üçün uğursuz alınıb. Komandamız meydanı 69:72 hesablı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda meydana sahibi Malta yığmasına da 71:73 hesabıyla uduzmuşdu.

Avropa çempionatı
A qrupu

29 iyun

Azərbaycan – Andorra 69:72