Basketbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

Öncə “Zirvə” və “Xırdalan” komandaları qarşılaşıb. “Zirvə” yalnız 4-cü hissənin son dəqiqəsində rəqibini məğlub etməyi bacarı – 76:71.

İkinci qarşılaşma daha dramatik mübarizə şəraitində keçib. Belə ki, ölkə çempionatında qələbə sevincini yaşaya bilməyən “80-lər” “Sıçrayış”a meydan oxuyub. Xala-xal gedən qarşılaşmada “80-lər” son saniyədə intizarında olduğu zəfərə nail olub – 69:67.